SON XƏBƏRLƏR

Türkiyənin baş naziri partiyalara çağırış edib

2021.10.20, 07:36
Türkiyənin baş naziri partiyalara çağırış edib

Gunaz.tv

GünAz TV: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə bütün parlament partiyalarını və ictimai təşkilatları yeni Konstitusiya (Anayasa) üzərində birgə işləməyə dəvət edib.

Baş nazir bildirib ki, «əgər biz konsensusa (icma), MHP ilə vahid mövqeyə gəlsək, onda yeni Konstitusiya (Anayasa) ilə bağlı bütün öhdəlikləri yerinə yetirmiş olarıq». «CHP-nin ən iri müxalifət partiyası olduğunu nəzərə alsaq, biz istərdik ki, o da prosesdə (sürəçdə) iştirak etsin. Bu, demokratik parlament sisteminin inkişafı nöqteyi-nəzərindən çox vacibdir» - deyə o bildirib.  

GünAz TV mətbuat mərkəzinin “kaspi”-yə istinadən yaydığı məlumata görə, Öz növbəsində Milliyyətçi Hərəkat Partiyası Türkiyə Böyük Millət Məclisində yeni dönəmin ilk fraksiya (fraksiyon) toplantısını keçirib. toplantıda çıxış edən MHP lideri Dövlət Baxçalı partiyasının parlamenti boykot etməmə çağırışına "Biz dostlarımızı satmarıq" deyə cavab verən Cümhuriyyət Halq Partiyası lideri Kamal Kılıçdaroğlunu sərt sözlərlə tənqid edib: "CHP liderinin dolayısıyla bizi ittiham etməsi içinə düşdüyü ölçüsüzlüyün və qafa qarışıqlığının bariz deşifrəsidir. Bizə dərmə-çatma siyasi dəliqanlılıq nümayiş etdirən Kılıçdaroğlu öncə aynaya baxmalı və kimin dostlarını satmaqla bağlı zəngin təcrübəyə sahib olduğunu orada görməlidir. Bizim boş sözlərə qarnımız toxdur". Baxçalı həbsdə olan millət vəkillərinin azadlığa buraxılmamasını tənqid edib, ancaq bir səhvin başqa bir səhvlə düzəldilməsini tələb etmənin - yəni parlamenti bu səbəbdən boykot etmənin Qazi Məclisinə təhqir olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar