SON XƏBƏRLƏR

Azərbaycan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb

2021.10.20, 07:36
Azərbaycan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb

Gunaz.tv

GünAz TV: “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarə Əfqanıstanın Pərvan əyalətində qəzaya uğrayıb.

“APA-ECONOMICS”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Əfqanıstanın “Ariana” Dövlət Aviaşirkətinin nümayəndəsi məlumat yayıb.

Onun sözlərinə görə, təyyarə Bakı vaxtı ilə saat 23:00 radələrində Kurband nahiyəsinin Siyah Gərd yaşayış məntəqəsində qəzaya uğrayıb: “Hazırda təyyarənin düşdüyü yer müəyyənləşdirilməyib. Axtarış işlərini yerli polis və ordu bölmələri aparır”.

Təyyarənin ekipajının (xədəməsinin) taleyi barədə məlumat verilmir. “Associated Press” agentliyinin (ajansının) Kurband nahiyəsinin rəhbərliyinə istinadən xəbərinə görə, təyyarənin düşdüyü yerdə güclü yanğın başlayıb. ABŞ (Amerika Birləşmiş Ştatları) və müttəfiq qüvvələrin Əfqanıstandakı komandanlığının nümayəndəsi, britaniyalı mayor (sərqurd) Tim Ceyms isə bildirib ki, təyyarə 3,8 min metr yüksəklikdə dağa çırpılıb: “Təyyarə koalisiya (etilaf) qüvvələrinin marağında hərəkət etməyib. Qəza bölgəsində yaraqlıların aktiv hərəkəti də müşahidə olunmayıb”.

Məsələyə AZAL rəsmilərinin münasibətini öyrənmək hələlik mümkün olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar