SON XƏBƏRLƏR

Abdulla Buksur: “Bu gün erməni cəmiyyətində mənəvi-psixoloji tənəzzül yaşanır”

2021.10.20, 07:36
Abdulla Buksur: “Bu gün erməni cəmiyyətində mənəvi-psixoloji tənəzzül yaşanır”

Gunaz.tv

GünAz TV: Erməni ziyalıları ölkə siyasətçilərinin yürütdüyü siyasi kursa (siyasi xəttə) qarşı çıxırlarsa, deməli həqiqətəndə erməni cəmiyyətində siyasi-ictimai və sosial-mənəvi tənəzzül yaşanır.

Bu sözləri GünAz tv mətbuat mərkəzinə Ankaradan Türk Dünyası İnsan Hüquqları Təşkilatının sədri, Türkiyənin tanınmış hüquq müdafiəçisi Abdulla Buksur bu günlərdə İrəvanda mətbuat konfransı keçirən “Azaraşen” Elmi Mərkəzinin üzvü, tarix elmləri namizədi etnoqraf Qranuş Xaratyanın açıqlamasında “Ermənistan insan həyatının dəyərsiz olduğu bir ölkədir” açıqlamasını şərh edərkən bildirib.

“Hazırda Ermənistanda yürüdülən siyasətin əsas mahiyyəti və məqsədi öz xalqının zibillik həyatını yaşamağa məhkum etməkdir. Bunu erməni ziyalıları görürlər və həyəcan təbili çalırlar. Erməni ziyalıları cəmiyyəti sülhə, normal ünsiyyətə hazırlamaq istəyirlər və Ermənistan hakimiyyəti isə, buna imkan vermir. Erməni ziyalıları hazırkı cəmiyyətdə yaşayan mənəvi aşınmanın əsas səbəbini Qarabağ münaqişəsinin həll edilməməsində görməyə başlayıblar. Əvvəllər, onlar millətçilik mövqeyindən yanaşırdılarsa, bu gün məsələyə başqa yöndən baxmağa məcburdurlar. Cəmiyyət həddindən artıq sosial problemlər içərəsində çabalıyır. Bu vəziyyət getdikcə cəmiyyətdə narazılar kütləsinin yaranmasına səbəb olur. Hələ bundan sonra da Qranuş Xaratyan kimi, ziyalılar ölkədə öz etiraz səslərini qaldıracaqlar və bu etirazlar bütün ölkəboyu əhatələnəcək. Ancaq buna baxmayaraq, dünya dövlətləri Cənubi Qafqazda sülhün və barışın yaranması səylərini artırmalı və bölgənin sülh məkanına çevrilməsinə çalışmalıdırlar”-deyə, hüquq müdafiəçisi qeyd etdi.

Elnur Eltürk

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar