SON XƏBƏRLƏR

Suriyada son qarşıdurmalarda ölən və yaralananlar var

2021.10.20, 07:36
Suriyada son qarşıdurmalarda ölən və yaralananlar var

Gunaz.tv

GünAz TV: Suriyada vəziyyət gərgin olaraq qalır. Hama şəhərində polislə aksiya (yürüş) iştirakçıları arasındakı qarşıdurmalarda 3 nəfər həlak olub, 13-ü yaralanıb.

 

10 mindən çox nümayişçinin iştirak etdiyi aksiyanı yanlız tanklar şəhərə yeridildikdən sonra dağıtmaq mümkün olub.

 

Türkiyədə məskunlaşan Suriya qaçqınları isə tədricən vətənlərinə qayıdır. Son iki gün ərzində artıq 405 qaçqın öz istəyi ilə Suriyaya dönüb. Bununla belə daha 87 nəfər Türkiyə ərazisinə keçib.

 

Ümumilikdə Suriyada baş verən hadisələrlə əlaqədər Türkiyəyə gələn 15 min 315 nəfərdən 5 min 406-ı ölkəsinə qayıdıb. Hazırda Türkiyə ərazisində Suriyadan olan  9 min 909 nəfər qaçqın var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar