SON XƏBƏRLƏR

Rəsmi Tehran sərhəddəki atışmaya görə Azərbaycanı günahlandırdı

2021.10.20, 07:36
Rəsmi Tehran sərhəddəki atışmaya görə Azərbaycanı günahlandırdı

Gunaz.tv

GünAz TV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst iyulun (July) 5-də jurnalistlərə açıqlamasında iki gün əvvəl İran-Azərbaycan sərhədində baş verən olaydan danışıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyulun 3-də İran İslam Respublikasından (Cümhuriyyətindən) keçən silahlı şəxslər Yardımlı rayonunun (şəhərinin) Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının (mərzi post) xidməti ərazisində sərhədi pozub. Sərhəd naryadına (növbətçiyə) qarşı silah tətbiq edilib və naryadın başçısı leytenant (sitvan) Rüfət Quliyev həlak olub. Silahlı şəxslər İran İslam Respublikasına qaçıblar.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumnata görə, Ramin Mehmanpərəst hadisə haqda belə deyib: “İran İslam Respublikası ilə Azərbaycan Respublikasının qonşu olduğunu nəzərə alaraq adətən sərhəddə müxtəlif problemlər ortaya çıxır. Hesab edirəm ki, nadir sərhəd hadisələri İranla Azərbaycan arasındakı qarşılıqlı münasibətlərə təsir etməməlidir. Bizə gələn məlumatlara görə, Azərbaycan Respublikasının bir sıra sərhədçilərinin İran ərazisinə daxil olmasına görə sərhəddə məhdud qarşıdurma yaranıb. Belə hallarda hər iki ölkənin müvafiq rəsmiləri məsələni araşdırmalı, problemin həllinə çalışmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar