SON XƏBƏRLƏR

Libi diktatoru hakimiyyətdən getməyə razılaşır

2021.10.20, 07:36
Libi diktatoru hakimiyyətdən getməyə razılaşır

Gunaz.tv

GünAz TV: Liviya (Libi) prezidenti Müəmmər Qəddafi təhlükəsizliyinə zəmanət verilməsi şərti ilə hakimiyyətdən getməyə razılaşıb.

 

NATO-ya üzv bir sıra ölkələr, əsasən də Fransa Müəmmər Qəddafiyə belə zəmanət verməyə hazır olduğunu bildirib. Həmin ölkələr tək Liviya prezidentinin və onun ailə üzvlərinin hesablarının “donunu açmağ”a yox, həm də Müəmmər Qəddafinin Haaqa Tribunalının (dadqahe lahe) həbs qərarından yayınmağa kömək edəcəyinə söz verib. Hazırda Liviya liderinin Vətənində qalması məsələsi müzakirə olunur. Bu barədə  Lent.az “Kommersant” qəzetinə istinadən xəbər yayıb.

 

Qeyd edək ki, ötən gün Liviya qiyamçılarının qurduğu Milli Keçid Şurasının rəhbəri Mustafa Abdel Cəlil qiyamçıların Müəmmər Qəddafinin ömrünün qalan qismini ölkəsində keçirməyə etiraz etmədiklərini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar