SON XƏBƏRLƏR

Bakıda Dünya Azərbaycanlılarının 3-cü Qurultayı keçirilir

2021.10.20, 07:36
Bakıda Dünya Azərbaycanlılarının 3-cü Qurultayı keçirilir

Gunaz.tv

GünAz TV: Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı başlayıb. Qurultayda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən verilən məlumata görə, qurultaya 1272 nümayəndə seçilib. Ali tədbirdə dünyanın 42 ölkəsindən nümayəndə və qonaqlar iştirak edirlər.

 

Qurultaya Azərbaycanın bütün bölgələrini əhatə edən dövlət və hakimiyyət strukturları (saxtarı, yapısal), qeyri-hökumət təşkilatları, elm, təhsil, mətbuat, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan olan nümayəndələr qatılıblar.

 

Qurultayda xarici ölkələrdən də yüksək vəzifəli qonaqlar iştirak edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar