SON XƏBƏRLƏR

“İranPressNews” xəbər agentliyi (ajansı) Azərbaycan ərazisini kürd bolgəsi kimi təqdim edib

2021.10.20, 07:36
“İranPressNews” xəbər agentliyi (ajansı) Azərbaycan ərazisini kürd bolgəsi kimi təqdim edib

Gunaz.tv

GünAz TV: Səltənətçilər opozisyonuna aid “İranPressNews” xəbər agentliyi(ajansı) fars şovinizminin ənənələrini davam etdirməkdədir.

 

“İranPressNews” xəbər agentliyi dünən (iyulun 4-ü , tirin 13-ü) “Herana” xəbər agentliyinin titrini dəyişərək Azərbaycan ərazisini kürd torpaqları kimi təqdim edib.

 

Təhrif nəticəsində “ölkənin qərb bölgələrində uydu antenalarının toplanmasında yeni dövr” titri, “kürd bölgələrində uydu antenalarının toplanmasında yeni dövr”ə dəyişdirilib. Azərbaycana düşmən münasibəti bəsləyən Agentlik bu əməli ilə Urmu, Salmas və Sulduz şəhərlərini kürd bölgəsi kimi tanıtdırmağa çalışıb.

 

Aşağıdakı LİNKlər vasitəsi ilə her iki agentliyin titrlərini müqayisə edib və sözü gedən qərəzli təhrifi görə bilərsiniz.

 

http://www.hra-news.org/1389-01-27-05-27-51/8758-1.html

http://www.iranpressnews.com/source/102226.htm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar