SON XƏBƏRLƏR

Azərbbaycanlı fəal Hüseyn Nəsiri azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbbaycanlı fəal Hüseyn Nəsiri azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal, ətraf-mühit tərəfdarı cənab Hüseyn Nəsiri uzun müddət həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılıb.

 

Cənab Nəsiri 2010-cu il aprel ayının 2-i (1389-cu il fərvərdin ayının 13-ü) Urmu Gölünü qurumaqdan qurtarmaq məqsədi ilə həyata keçirilən Yığıncaqda İran təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlanıb. O həbsdə qaldığı müddətdə ağır cismi-ruhi işgəncələrə məruz qalıb.

 

Nəhayət cənab Nəsiri dünən (iyulun 4-ü , tirin 13-ü) 15 ay həbsdən sonra sərbəst buraxılıb.

 

Azərbaycanın qəhrəman oğlunun azadlığını onun özü, ailəsi, Milli Hərəkat fəalları və Azərbaycan türk millətinə təbrik edirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar