SON XƏBƏRLƏR

Ankara Libi qiyamçılarına 200 milyon vəd etdi

2021.10.20, 07:36
Ankara Libi qiyamçılarına 200 milyon vəd etdi

Gunaz.tv

GünAz TV: Türkiyə Liviyada (Libidə) qiyamçıların qurduğu Milli Keçid Şurasını tanıyıb. Ankara qiyamçılara 200 milyon dollar yardım ayıracağını da bildirib.  

 

Lent.a-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, xarici işlər naziri Əhməd Davudoğlu bunu iyulun (July) 3-də Benqaziyə səfəri zamanı bəyan edib.

 

O deyib ki, Milli Keçid Şurası Liviya xalqının legitim (qanuni, məşru) hökumətidir. Liviyada silahlı münaqişənin sona çatması üçün Ankaranın əlindən gələni edəcəyini dilə gətirən Əhməd Davudoğlu Türkiyənin Milli Keçid Şurasına 200 milyon dollar yardım ayıracağını da bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar