SON XƏBƏRLƏR

İsveçdə Güneyli fəallara Dəstək Göstərisi keçirilib

2021.10.20, 07:36
İsveçdə Güneyli fəallara Dəstək Göstərisi keçirilib

Gunaz.tv

GünAz TV: Azərbaycan Federasiyası İsveç (AFİ) Güney Azərbaycanda tutulan fəallara dəstək aksiyası (göstərisi) imza kampaniyası keçirib.

 

Stokholmda keçirilən aksiya barədə məlumatda deyilir: “İran rejimi türklərə qarşı apardığı çirkin siyasəti davam etdirir, Güney Azərbaycan fəallarını ağır basqılara məruz qoyur. Həbslər, təhdidlər, qamçılamalar və insanlıqdan kənar işgəncələr bunlara açıq sübutdur. İran rejiminin bu sistematik qeyri-insani siyasətlərini qınayır və bu əməlləri dünya ictimaiyyətinə çatdırmağı özümüzə borc bilirik”.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, imza kampaniyası iyulun 2-də Stokholmun mərkəzi meydanı Sergel Torgda keçirilib. Həm güneyli, həm də quzeyli azərbaycanlıların iştirak etdiyi aksiyada isveçlilər və turistlər bilgiləndirilib və onlardan imza alınıb. AFİ toplanan imzaları BMT (Birləşmiş Millətlər Təşkilatı) baş katibi Pan Gi Muna, BMT İnsan Hüquqları Şurasının İran üzrə nümayəndəsi Əhməd Şəhidə və “Amnesty İnternational” təşkilatına göndərəcək.

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar