SON XƏBƏRLƏR

Azərbaycanın cənub qonşusu ilə sərhəddində atışma baş verib, 1 nəfər həlak olub

2021.10.20, 07:36
Azərbaycanın cənub qonşusu ilə sərhəddində atışma baş verib, 1 nəfər həlak olub

Gunaz.tv

GünAz TV: Azərbaycanla İran adlanan ölkənin sərhədində atışma olub. Sərhəd naryadına (növbətçi) qarşı qəfildən silah tətbiq edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, iyulun (July) 3-də saat 13.15 radələrində Yardımlı rayonunun Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının (mərzi post) xidməti ərazisində İran adlanan ölkənin ərazisindən silahlı şəxslər tərəfindən sərhəd pozulub.

Sərhəd naryadına (növbətçi) qarşı qəfildən silah tətbiq edilib. Nəticədə sərhəd naryadının başçısı leytenant (sitvan) Quliyev Rüfət Firudin oğlu ağır güllə yarası alıb, zastavaya təxliyə edilən zaman yolda vəfat edib.

Dövlət sərhədinin pozulmasının qarşısı alınıb, silahlı şəxslər qarşı tərəfə qaçıblar.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar