SON XƏBƏRLƏR

Azərbaycan ordusunun güclənməsi uğrunda daha bir addim...

2021.10.20, 07:36
Azərbaycan ordusunun güclənməsi uğrunda daha bir addim...

Gunaz.tv

GünAz TV: Türkiyənin “Otokar” şirkəti Azərbaycan Silahlı Qüvvələrinin sifariş verdiyi zirehli transportyorların (hamillərin) və nəqliyyat vasitələrin təhvilini başa çatdırıb.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, bu barədə “Otokar”ın baş direktoru Sərdar Görgüc bildirib.

 

Konkret (açıq, müşəxxəs) nə qədər zirehli transportyorun Azərbaycana göndərilməsi barədə məlumat verməyən S.Görgüc tədarük prosesinin (sürəcinin) bu yaxınlarda başa çatdırıldığını vurğulayıb. Şirkət rəhbəri əməkdaşlığın davam etdiyini və yaxın vaxtlarda daha da genişlənəcəyini bildirib.

 

S.Görgüc “Otokar” şirkətinin istehsalı olan “Cobra”, “Əqrəb” model zirehli transportyorların və “Land Rover Defender” nəqliyyat vasitələrinin iyunun (June) 26-da Bakıda keçirilən hərbi paradda (rejədə) nümayişini yüksək qiymətləndirib:

“Otokar” olaraq Bakıda təşkil olunmuş hərbi keçiddə nəqliyyat vasitələrimizi görməkdən böyük qürur duyduq. 30-dan artıq ölkə istifadəçilərimiz arasındadır. Bu sıraya dost və qardaş Azərbaycanın əlavə olunması bizim üçün önəmli inkişafdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar