SON XƏBƏRLƏR

Türkiyə super güc rolunu oynayır

2021.10.20, 07:36
Türkiyə super güc rolunu oynayır

Gunaz.tv

GünAz TV: Qərb Yaxın Şərqin gələcək taleyini rəsmi Ankaraya tapşırdı.

Liviyada (Libidə) Müəmmər Qəzzafi hakimiyyətdən getməsə də artıq ondan sonrakı Liviyanın gələcək konturları cızıldı. İngiltərənin hazırladığı “sabitlik hesabatında” ABŞ (Amerika Birləşmiş Ştatları) Ingiltərə və BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) siyasi problemlərin həllində, Avstraliya, Türkiyə və BMT-nin əsas xidmət sektorunda (bölməsinin), Türkiyə, ABŞ və beynəlxalq maliyyə təşkilatlarının da iqtisadiyyatda liderlik etmələri nəzərdə tutulur.

İngiltərə Liviyada atəşkəsin təmin edilməsindən sonrakı prioritetlər (öncəliklər) ilə əlaqədar hazırladığı “sabitlik hesabatı”nı Benqazidəki müxalifət liderlərinə təqdim edib. İngiltərənin Beynəlxalq Inkişaf Nazirliyinin himayəsi altında rəsmi Londonun liderliyindəki “beynəlxalq sabitlik qrupu” əvvəl hazırlanan hesabatda Liviyadakı atəşkəs sonrası prioritetlər sadalanarkən Türkiyəyə də iki istiqamət üzrə əhəmiyyətli rol ayırıb.

Beynəlxalq Inkişaf naziri Endryu Miçellin sözlərinə görə, ABŞ, Ingiltərə və BMT-nin siyasi həll tapma səylərində başçılıq etməsi nəzərdə tutulur. Avstraliya, Türkiyə və BMT-nin əsas xidmətlər sektorunda kömək etməsi, iqtisadiyyatda liderliyi isə Türkiyə, ABŞ və beynəlxalq maliyyə təşkilatlarının öz öhdəliyinə götürməsi təklif olunur.

Hesabatda bütün bu prosesin (sürəcin) BMT-nın başçılığı altında liviyalıların birbaşa iştirakıyla reallaşması vurğulanır. Əlli səhifəlik hesabatda Iraqda buraxılan səhvlərdən dərs çıxarılması və Liviyadakı proseslərdə yenidən həmin yalnışlıqlara yol verilməməsi tövsiyə olunur.

Ingiltərənin “The Time” jurnalının şərhçisi Bobi Qoş isə qələmə aldığı analitik məqalədə azad seçkilərə və yeni bir konstitusiyanın (Anayasanın) qəbuluna hazırlaşan Misir və Tunisdə islamçılarla liberallar arasındakı mübahisələrin həlli istiqamətində irəli sürülən təkliflərdən ən uğurlusunun Türkiyədən gəldiyini bildirib.

Qoş məqaləsində ərəb ölkələrindəki islamçılarla liberalların bu dövrdə “qızıl orta” tapılması üçün Türkiyəni örnək götürməli olduğunu yazıb. Müəllif Misir və Tunis xalqının da Türkiyə modelinə üstünlük verdiyini vurğulayıb: “Türkiyədə keçirilən son parlament seçkilərinin azad və ədalətli baş tutması ərəb dünyası tərəfindən rəğbətlə qarşılanıb. Artıq hər kəs Türkiyənin iqtisadi uğurlarını və Yaxın Şərqdə əldə etdiyi mədəni-siyasi inkişafına meyllidir. Misirlilərin və tunislilərin Türkiyədə gördüklərini öz ölkələri üçün istəmələri aydındır.

“The Time”ın şərhçisi bildirir ki, Misir və Tunisin yeni konstitusiyasını hazırlayacaq ekspertlərin (karşünasların) Türkiyəni nümunə götürəcəkləri daha çox ehtimal olunur. Azadlıq qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar