SON XƏBƏRLƏR

Salmaslı Milli Hərəkat fəallarına qarşı yeni təzyiqlər başlayıb

2021.10.20, 07:36
Salmaslı Milli Hərəkat fəallarına qarşı yeni təzyiqlər başlayıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Salmas şəhərində Milli Hərəkat fəallarına qarşı yeni təqib, çağırış və sorğu-sual dalğası başlayıb.

 

Salmas şəhəri Polis idarəsinin təhlükəsizlik bölməsinə çağırılan Milli Hərəkat fəalları arasında öyrənci, işadamı, hökumət işçisi və ... olub.

 

Polis idarəsində onlardan istənilib ki, sözdə pantürkizm uğrundakı fəaliyyətlərə son qoyulsun və bu barədə çağırılan soydaşlarımızdan imza istənilib. Ancaq soydaşlarımız belə bir imza atmayıblar. Onlar sorğu-suala tutulub və bir neçə saat sonra azadlığa buraxılıblar.

 

Qeyd edək ki, Polis idarəsinə çağırılan bəzi soydaşlarımızın məhkəmə hökmü olmadan evləri yoxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar