SON XƏBƏRLƏR

Ermənistan "Madrid prinsipləri"ndən açıq imtina etdi

2021.10.20, 07:36
Ermənistan "Madrid prinsipləri"ndən açıq imtina etdi

Gunaz.tv

GünAz TV: Prezidentin xüsusi nümayəndəsi separatçı (bölücü) rejimin tərəf kimi danışıqlar formatına cəlb olunmasını bəyan etdi.

 

Ermənistan növbəti mərhələdə Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin (sürəcinin) formatını dəyişdirmək üçün addımlar atacaq. Modern.az "armtudey"-ə istinadən bildirir ki, bu barədə Ermənistan prezidentinin parlamentdə xüsusi nümayəndəsi olan Qarnik İsaqulyan dünən keçirdiyi mətbuat konfransıda bəyan edib.

 

Onun sözlərinə görə, Ermənistan növbəti danışıqlar prosesi (sürəci) zamanı Dağlıq Qarabağdakı separatçı rejimi bərabər tərəfli üzv kimi bura daxil etmək niyyətindədir. İsaqulyan bildirib ki, Ermənistanın güzəştləri Azərbaycan tərəfindən heç bir konstruktiv (yararlı) mövqe ilə müşayiət olunmayıb. O bəyan edib ki, qondarma "DQR"-in iştirak etmədiyi bütün danışıqlar yalnız məsləhət xarakteri (mahiyyəti) daşıyır.

 

"Yalnız Qarabağ danışıqlarda tam hüquqlu üzv kimi iştirak etdikdən sonra bu danışıqlar tam dolğun xarakter alacaq"-deyə İsaqulyan bildirib.

Öz növbəsində Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan bildirib ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz.

"Dağlıq Qarabaq de-yure tanınmalı və ya Ermənistana birləşdirilməlidir. Bu isə Qarabağ xalqı tərəfindən keçirilən referndumda müəyyən edilməlidir" - deyə Baqdasaryan bildirib. Təhlükəsizlik Şurasının katibi bildirib ki, dünya ictimaiyyəti erməni tərəfinin mövqeyini başa düşür.

 

Bu bəyanatlar onu göstərir ki, rəsmi İrəvan münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikləri şantaj edərək sülh prosesini pozmaq istiqamətində yol götürüb. Bakı-xəbər

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar