SON XƏBƏRLƏR

Tikantəpəli (Tikablı) milli-mədəni fəallar ETTELAATa çağırılıblar

2021.10.20, 07:36
Tikantəpəli (Tikablı) milli-mədəni fəallar ETTELAATa çağırılıblar

Gunaz.tv

GünAz TV: Tikantəpəli (Tikablı) milli-mədəni fəallara qarşı ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təzyiqləri yeni vüsət alıb.

 

Məlumata görə, keçmiş günlərdə ETTELAAT idarəsi tərəfindən Tikantəpəli milli-mədəni fəallara zəng edilib və onların bir çoxu ETTELAAT idarəsinə çağırılıb.

 

ETTELAATa çağırılan fəalların bir sırası sözü gedən idarəyə müraciət etsədə bir neçəsi getməkdən imtina edibdir. Onlar çağırışa məhəl qoymadıqları üçün təhdid ediliblər.

 

ETTELAATa çağırılan milli-mədəni fəallar arasında öyrəncilər, hökumət işçiləri, iş adamları və ... kimi soydaşlarımızın adı çəkilməkdədir.

 

Xatırladaq ki, Tikantəpənin ETTELAAT idarəsi milli-mədəni fəallara qarşı həyata keçirdiyi təzyiqləri ilə başqa şəhərlərdən seçilməkdədir. Bu o halda baş verir ki, Tikantəpədə məskunlaşdırılan mühacir radikal kürdlər və PKK yandaşlarına qarşı heç bir tədbir görülmür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar