Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
GünAz TV: Prezidentin komanda (tim, dəstə) üzvlərinə qarşı ölkənin idarəçiliyinin dini xarakterini (mahiyyətinə) dəyişmək cəhdi rəsmi ittiham kimi irəli sürüldü.
İranda cərəyan edən hadisələr bu ölkədə tezliklə hakimiyyət dəyişikliyinin baş verə biləcəyini göstərir. Artıq ölkə prezidenti ilə paralament arasında gərginlik özünün zirvə nöqtəsinə çatmaqdadır. Bu arada İran prezidenti Mahmud Əhmədinejad parlamentin son iclasından sonra mətbuat konfransı keçirib. O, iclasda Nazirlər Kabinetinə və ölkə hakimiyyətinə bir sıra ittihamlar irəli sürüb: "Deputatların (millət vəkillərinin) siyasi mövqeyi mənə aydındır. Bu insanlar cəmiyyəti ayırmağa çalışır. Müəyyən vaxta qədər səbr edirəm. Hakimiyyətə təzyiq göstərilərsə, mən bu sualı İran xalqı qarşısında qaldıracağam".
Prezident bir neçə şəxsin həbsi ilə bağlı məsələyə toxunaraq söyləyib ki, bununla bağlı şayiələr hakimiyyətin və ölkənin vəziyyətinə mənfi təsir göstərir: "Məndən həmişə soruşurlar, belə vəziyyət nəyə gətirib çıxaracaq və nə etmək lazımdır?!"
"Son vaxtlar mənim əməkdaşlarım barədə şayiələr yayılır. Belə davam etsə, mən tədbirlər görməyə məcbur olacam. Amma əminəm ki, bunu etməyəcəm"- deyən prezident çıxışında xalqı möhkəm olmağa və vətəndaş həmrəyliyinə çağırıb. Xatırladaq ki, iyunun (June) 26-da İran parlamentinin 100 deputatı prezident Mahmud Əhmədinejadın impiçment (elam-i cürm) olunması üçün parlamentin Rəyasət Heyətinə müraciət edib. Müraciət mühafizəkar deputat Əli Mütəhhərinin təşəbbüsü ilə hazırlanıb. İmpiçment layihəsində Əhmədinejada 11 sual ünvanlanıb. Suallardan 3-ü iqtisadi duruma, 3-ü qanun pozuntularına, 3-ü siyasi, 2-si isə mədəniyyət sahəsinə aiddir.
İyunun 27-də İran parlamenti Rəyasət Heyətinin üzvü Məhəmməd Dehqan impiçment müraciətinə baxıldığını və müvafiq qərar çıxarıldığını açıqlayıb. O bildirib ki, ölkənin indiki həssas şəraitində Əhmədinejadın impiçment olunması hökumətlə parlament arasında əlaqələri zəiflədəcək, bu isə ölkənin xeyrinə deyil: "Rəyasət Heyəti üzvlərinin əksəriyyəti ölkənin indiki həssas durumunu nəzərə alaraq prezidentin impiçment olunmasını məqsədəuyğun saymadı. Onlar hesab edir ki, indiki şəraitdə bu, ölkənin xeyrinə deyil. Rəyasət Heyətinin iclasında qərara gəlindi ki, Əli Mütəhhəri ilə görüş keçirilərək ölkədəki hazırkı həssas şərait ona izah edilsin və xahiş olunsun ki, prezidentin impiçmentinə dair layihə hələlik parlamentin gündəliyinə çıxarılmasın".
Xatırladaq ki, mühafizəkarların çoxluq təşkil etdiyi parlamentin 100 üzvü cənab Əhmədinejadın idman naziri təyinatının gecikdirilməsi və parlamentin təsdiq etdiyi Tehran metrosu üçün fondların xərclənməsilə bağlı izahat verməsini tələb edir. İran konstitusiyasına (Anayasasına) əsasən, prezident, 290 üzvü olan parlamentin dörddə bir hissəsi onun məclisə gəlməsini tələb etdiyi halda, bunu etməlidir. Lakin onu da qeyd edək ki, İslam İnqilabının Ali dini lideri Ayətulla Xamneyi Məclisin açıq iclasında prezident Mahmud Əhmədinejada qarşı təhqiramiz davranışlardan narazılığını ifadə edib. Bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət Komissiyasının (komisiyonunun) üzvü Fatimə Aliyə məlumat verib. Onun sözlərinə görə, Ayətulla Xamneyi prezidentin nitqinin təhqirlər və yerdən qışqırıqlarla kəsməyin yolverilməz olduğunu qeyd edərək, belə davranışın böyük İran xalqının vicdan və qürurunun təcəssümü olan Məclis üzvlərinə layiq olmadığını deyib.
Ayətulla, həmçinin, deputatların təhqiramiz hərəkətləri baş verərkən iclası yarımçıq kəsmədiyi üçün Məclis sədri Əli Laricaniyə iradını bildirib. F.Aliyə isə deyib: "Ayətulla Xamneyi parlament üzvlərinin sual vermək və prezidentin impiçmentini tələb etmək hüquqlarının olduğunu xatırladaraq, ölkə prezidentinə qarşı təhqiramiz çıxışların yolverilməz olduğunu vurğulayıb".
Xatırladaq ki, İranda prezident Əhmədinejad və prezident administrasiyasının (nəhade riyasəte cemhuri) rəhbəri İsfəndiyar Rəhim Məşai tərəfdarlarının həbsi davam edir. Həbs edilənlər arasında Ərvənd azad iqtisadi zonasının rəhbəri Əli Əsgər Pərhizkar, Araz azad iqtisadi zonasının rəhbəri Əli Rza Moqimi, xarici işlər nazirinin keçmiş müavini Məhəmməd Əşrəf Malikzadə də var. Məlikzadə korrupsiya (fəsade mali) və qanunsuzluqlarda ittiham olunur.
Xatırladaq ki, bu günlərdə İran parlamentinin 25 deputatı xarici işlər naziri Əli Əkbər Salehiyə etimadsızlıq göstərilməsi təşəbbüsü ilə çıxış etmişdi. Buna səbəb nazirin Məlikzadəni özünə müavin təyin etməsi idi.
İranın baş prokuroru, höccətül-islam Qulam Hüseyn Möhsüni Ecei isə vurğulayıb ki, ölkədə həbslərin davam etməsi ehtimalı var. Baş prokurorun bəyanatına görə, bütün həbs edilən şəxslərin eyni təşkilatın üzvü olmasına baxmayaraq, xarici işlər nazirinin keçmiş müavinin Məhəmməd Əşrəf Malikzadəyə qarşı qaldırılmış cinayət işinin digər cinayət işlərinə birbaşa aidiyyəti yoxdur. Prokuror gələcəkdə bu təşkilatın digər üzvlərinin də həbs ediləcəyini bildirib. Prezident komandasının həbs edilmiş üzvlərinin pozuculuq hərəkatının üzvləri olduğu bildirilir. Mühafizəkarların fikrincə, bu şəxslər İslam Respublikasının (Cümhuriyyətinin) idarəçiliyində ayətullahların rolunu azaltmağa, beləliklə də teokratik quruluşu devirməyə, islami dəyərlərin əvəzinə isə milli məsələləri ön plana çıxarmağa çalışır. Prezident Əhmədinejada əsl islami dəyərlərə riayət etmək tövsiyə olunub. Əks halda, onu impiçment gözləyir. Bakı-xəbər / Tahir TAĞIYEV
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir