SON XƏBƏRLƏR

Yəmən hakimiyyəti ölkənin bir hissəsinə nəzarəti itirib

2021.10.20, 07:36
Yəmən hakimiyyəti ölkənin bir hissəsinə nəzarəti itirib

Gunaz.tv

GünAz TV: "Yəmən hakimiyyəti 5 vilayətə nəzarəti itirib və ölkədə vəziyyət pisləşməkdədir."

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bunu vitse-prezident (prezident müavini) Abd Rabbi Mansur Hadi deyib.

Dövlət başçısı Əli Abdulla Saleh xaricdə müalicə olunduğu üçün prezident səlahiyyətlərini icra edən Hadi bildirib ki, “Əl-Qaida” silahlıları cənubdakı Abyan əyalətinin inzibati mərkəzini ələ keçiriblər. İtirilən digər 4 əyalət açıqlanmayıb.

A. R. M. Hadi prezident Salehin nə vaxt ölkəyə qayıdacağını bilmədiyini söyləyib. O, Salehin ölkədə mühüm çəkiyə malik siyasi fiqur (siyasi şəxsiyyət) olaraq qaldığını və 3 milyon tərəfdarının olduğunu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar