SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı atom silahı ilə bağlı xəbərdarlıq etdi

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı atom silahı ilə bağlı xəbərdarlıq etdi

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanı İran nüvə silahı yaradarsa, özünün də nüvə silahı əldə etməyə çalışacağı barədə NATO-ya xəbərdarlıq edib.

Lent.az-ın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətinin keçmiş rəhbəri və ABŞ-dakı (Amerika Birləşmiş Ştatlarındakı) sabiq səfiri şahzadə Turki əl-Feysal bu xəbərdarlığı Böyük Britaniyanın “Molesworth” hərbi bazasında (payqahında) NATO hərbi dairələrinin təmsilçiləri ilə görüşdə səsləndirib.

Şahzadə deyib ki, əgər İran nüvə silahı yaradarsa, Səudiyyə Ərəbistanı nəticələrini proqnozlaşdırmaq (öngörmək) mümkün olmayan dramatik (nümayişi, həyəcanlı) siyasət yürütmək məcburiyyətində qalacaq: “Biz İranın nüvə silahına malik olacağı, bizim isə nüvə silahımız olmayacağı bir situasiyada (vəziyyətdə) yaşaya bilmərik”.

NATO təmsilçiləri ilə görüşdə Turki əl-Feysal İranı ərəb dünyasındakı inqilablardan öz təsirini yaymaq üçün istifadə etməyə cəhd göstərməkdə də günahlandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar