SON XƏBƏRLƏR

Amerikadan İran hakimiyyətinə qarşı növbəti sanksiya (təhrim)

2021.10.20, 07:36
Amerikadan İran hakimiyyətinə qarşı növbəti sanksiya (təhrim)

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş tatları) Maliyyə Nazirliyi bəyanat yayaraq İran hüquq mühafizə qüvvələrinə, onun komandanı İsmayıl Əhmədi Müqəddəmə və canişini Əhmədrza Radana sanksiya (təhrim) qoyduğunu bildirib.

Onlar suriyalı aksiyaçıları (etirazçıları) əzməkdə Bəşər Əsəd hökumətinə yardımda günahlandırılır.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, iyunun (June) 29-da yayılan bəyanatda deyilir: “Əhmədrza Radan aprel ayında Dəməşqə səfər edərək Suriya prezidenti Bəşər Əsəd hökumətinə dinc müxalifləri necə əzmək barədə məsləhətlər verib”.

ABŞ maliyyə nazirinin maliyyə informasiyası və terrorizm üzrə müavini Devid Kohen jurnalistlərlə görüşündə deyib: “Bu sanksiyaları qoymaqla İran hüquq mühafizə qüvvələrinin Suriya xalqını əzmək üçün Bəşər Əsəd hökumətinə göstərdiyi gizli hərbi yardımları ifşa etdik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar