SON XƏBƏRLƏR

İki azərbaycanlı fəal barədə hökm çıxarılıb

2021.10.20, 07:36
İki azərbaycanlı fəal barədə hökm çıxarılıb

Gunaz.tv

GünAz TV: Urmu Gölü ilə bağlı 2011-ci il aprel ayının 2-də (1390-cı il fərvərdin ayının 13-də) keçirilən Kütləvi Yığıncaqda tutuqlanmış iki soydaşımız, ittihamlarının birindən bəraət qazanıblar.

 

Təbrizin “Azərbaycan” meydanında yaxalanan Həbib Purvəli və Höccət Muxtarzadə bir müddət öncə Təbriz Məhkəməsində ümumi asayişi pozmaq ittihamı ilə təxminən 300 dollarlıq (300 min tümən) pul  cəriməsi və 20 zərbə şallağa məhkum edilmişdilər. Lakin,müttəhimlərin vəkilinin etirazı nəticəsində Apelyasiya Məhkəməsi (dadqahe təcdide nəzər) birinci hökmü ləğv edib və müttəhimlərə bəraət verib.

 

Xatırladaq ki, 2011-ci il aprel ayının 2-də (1390-cı il fərvərdin ayının 13-də) Urmu Gölü ilə bağlı keçirilən Kütləvi Yığıncaqda tutuqlanan Həbib Purvəli və Höccət Muxtarzadə hazırda milli təhlükəsizliyi pozmağa cəhd göstərmək ittihamı ilə həbsdə saxlanılırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar