SON XƏBƏRLƏR

İranda Naxçıvanın Kəşfiyyat Xidmətinə casusluqda ittiham edilən İki soydaşımız azadlıqdan məhrum edildi

2021.10.20, 07:36
İranda Naxçıvanın Kəşfiyyat Xidmətinə casusluqda ittiham edilən İki soydaşımız azadlıqdan məhrum edildi

Gunaz.tv

GünAz TV: Təbrizin İnqilab Məhkəməsinin 3-cü şöbəsi İbrahim İsməili və Məhəmmədhüseyn Cəfərpur barədə həbs qərarı çıxarıb.

 

Məhkəmə İbrahim İsməilini 1 il və Məhəmmədhüseyn Cəfərpuru 1.5 il azadlıqdan və 10 il Azərbaycan Cümhuriyyətinə səfər etməkdən məhrum edib.

 

Adını çəkdiyimiz soydaşlarımızın əsas problemi Naxçıvan və Azərbaycan Cümhuriyyətinə səfər etmək və Naxçıvanda təhsil almaqdan ibarətdir.

 

Onlar sistemin əleyhinə və bölücü qrupların xeyirinə təbliğ, İrana qarşı Naxçıvan Kəşfiyyat Xidmətinə casusluq və İran vətəndaşlarını casusluq üçün Naxçıvan Kəşfiyyat xidmətinə tanıtmaqda suçlanıblar. Məhkəmə SƏHƏR telekanalının yayım tezliyini (ferekansını) bildirmək, İranın Ermənistana ixracatının statistikasını (amarını) vermək və Qarabağda gedən qətlamlarla bağlı film əldə etməyi, irəli sürdüyü ittihamlara əsas kimi gətirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar