SON XƏBƏRLƏR

İranda daha 26 nəfər edam edilib

2021.10.20, 07:36
İranda daha 26 nəfər edam edilib

Gunaz.tv

GünAz TV: İranda narkotik (müxəddir) maddələrin satışında, qaçaqmalçılığında və digər ittihamlarda günahlandırılan 26 nəfər dar ağacından asılıb. Hadisə iki həftə əvvəl baş versə də, xəbər yenicə yayılıb.

 

“Media forum” saytı İranın “İnsan Hüquqları Evi” xəbər agentliyinə (“Rahana”) istinadla xəbər verir ki, kimliyi açıqlanmayan məhbuslar iyunun (June) 16-da Məşhəd şəhərinin Vəkilabad zindanında gizli şəkildə dar ağacından asılıblar.

 

İranda edamların sayının ölkədə baş verən cinayətlərin sayı ilə müqayisədə normal olduğunu bildirən Məşhəd prokuroru (dadistanı) Mahmud Zövqi jurnalistlərlə görüşündə xarici medianı bu məsələni (edamları) həddən artıq qabartmaqda günahlandırıb: “Edam edilənlərin əksəriyyəti narkotik maddələrin satışında günahlandırılıb. Xorasan əyalətində işinə məhkəmələrdə baxılan müttəhimlərin sayının çoxluğunu nəzərə alaraq edamların sayı o qədər də çox deyil. Xarici medialar bu məsələni yersiz böyüdür, şişirdirlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar