SON XƏBƏRLƏR

Yəmən hökuməti kəndləri bombalatdırır

2021.10.20, 07:36
Yəmən hökuməti kəndləri bombalatdırır

Gunaz.tv

GünAz TV: Yəməndə dövlət başçısı Əli Abdulla Salehə qarşı qiyam qaldıran tayfalara yönəldilmiş əməliyyatlar davam edir.

 

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Yəmən təhlükəsizlik qüvvələrinin paytaxt Sananın şimalında hökumət əleyhdarı tayfaların kəndlərini bombaladığı, hadisələrdə 3 adamın öldüyü bildirilib.

 

Nahai tayfasının liderlərindən Şeyx Əli Yusif, təhlükəsizlik qüvvələrinin təyyarələr və ağır silahlarla Sananın 20 kilometr şimalındakı Naham dağlıq bölgəsindəki kəndləri bombaladığını söyləyib. O, hücumda 48 evin dağıldığını, yüzlərlə adamın evlərindən qaçmaq məcburiyyətində qaldığını qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar