SON XƏBƏRLƏR

Azərbaycan Gürcüstana növbəti dəfə kredit (vam) verəcək

2021.10.20, 07:36
Azərbaycan Gürcüstana növbəti dəfə kredit (vam) verəcək

Gunaz.tv

GünAz TV: Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində Azərbaycanın Gürcüstana 575 milyon dollar ayırmasına dair kredit (vam) sazişi iyulun 1-də imzalanacaq.

 

vəsait “Marabda-Kartsaxi” şirkətinə mərhələlərlə köçürüləcək. bu barədə Gün.Az Gürcüstan KİV-ə (Kütləvi İnformasiya Vasitələri) istinadən xəbər yayıb.

 

Əlavə maliyyə Tbilisidən (Tiflisdən) Axalkalakiyədək olan hazırkı magistralın (əsas xəttin) bərpası üçün lazımdır. Yeni kredit illik 5 faizlə 25 il müddətinə ayrılacaq.

 Xatırladaq ki, kredit müqaviləsinə dair niyyət protokolu mayın 20-də Bakıda imzalanıb.

 

575 milyon dollar həcmində kredit ayrılmaının səbəbləri isə son illər dünya bazarında mal-materialların (məsaleh) qiymətlərinin qalxması, Marabda-Kartsaxi dəmir yolunun mövcud vəziyyətinin bütün detalları (cüziyyatı) ilə yenidən qiymətləndirilməsi, işlərin kəskin iqlim şəraitində aparılması və s. ilə bağlıdır.

 

Qeyd edək ki, Azərbaycan Gürcüstana artıq 200 milyon dollar ayırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar