SON XƏBƏRLƏR

İranda daxili siyasi qarşıdurma davam edir

2021.10.20, 07:36
İranda daxili siyasi qarşıdurma davam edir

Gunaz.tv

GünAz TV: İran prezidenti Mahmud Əhmədinejad hüquq-mühafizə orqanlarının ölkənin bir sıra yüksək rütbəli məmurunu həbs etməsini "təxribat" adlandırıb.

 

Milli.Az xəbər portalının "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, Hökumətin bu gün keçirilən toplantısına qatılmış Əhmədinejad silahdaşlarının həbsinə belə münasibət bildirib: "Bu tendensiya (həbslər) davam edərsə, məsələni ümumxalq müzakirəsinə çıxarmalı, prezident səlahiyyətlərimdən tam həcmdə istifadə etməli olacağam".

 

Hökumətə ciddi təzyiqlərin olduğunu deyən prezident, fikrini belə davam etdirib: "İndiyədək susmuşuq və hələ də susuruq. Amma "qırmızı xətt" deyilən anlayış var və mən hökumətin müdafiəsinə qalxmalıyam".

 

Xatırladaq ki, İranda bir müddət əvvəl prezidentlə dini lider arasında yaranmış fikir ayrılıqlarından sonra Əhmədinejadın bir neçə silahdaşı həbs olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar