SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları başməşqçiyə “Paşa” ləqəbi veriblər

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları başməşqçiyə “Paşa” ləqəbi veriblər

Gunaz.tv

GünAz TV: “Traxtur” futbol taxımının tərəfdarları yeni başməşqçi Əmir Qələnoini böyük coşğu ilə qarşılamaqdadırlar.

 

Məlumata görə, Təbrizdə xüsusi ilgi görən başməşqçi də dərin həyəcan keçirib və “Traxtur” tərəfdarlarına dəfələrlə öz sevgi və sayqısını çatdırıb.

 

Daha öncə “İstiqlal” taxımında başməşqçisi olarkən, taxım tərəfdarları tərəfindən “General” adlandırılan Qələnoi, “Traxtur” tərəfdarları tərəfindən “Paşa” adlandırılıb.

 

Türklər arasında xüsusi sayqı göstərgəsi olan “Paşa” ifadəsi eyni halda yüksək rütbəli ordu mənsubuna verilən addır. O üzdən bu ad hörmətli başməşqçı üçün əlavə məsuliyyət gətirməkdədir.

 

Artıq “Traxtur” tərəfdarı saytlarda “Əmir Paşa” ifadəsi geniş yer alıb və yayılmaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar