SON XƏBƏRLƏR

ETTELAAT təcridxanasında saxlanılan azərbaycanlı Fəal Səid Muğanlıdan yeni xəbər...

2021.10.20, 07:36
ETTELAAT təcridxanasında saxlanılan azərbaycanlı Fəal Səid Muğanlıdan yeni xəbər...

Gunaz.tv

GünAz TV: ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları dünən (İyun ayının 28-i , Tir ayının 7-i) tanınmış azərbaycanlı fəal Səid Muğanlının ailəsi ilə əlaqə saxlayıblar.

 

GünAz TV mətbuat mərkəzinin “Təbrizpost”-a istinadən yaydığı məlumata görə, ETTELAAT məmurları tələfon bağlantısından Səid bəyin ailəsindən ancaq onun dərmanlarının adını soruşublar. Məlumata görə, məmurlar Səid bəyin ailə üzvlərinin suallarını qətiyyən cavablandırmayıb, ancaq dərmanlar barədə suaı veriblər.

 

Səid bəyin özünün əlaqə saxlamaması, onunla mülaqata icazə verilməməsi və onunla bağlı dərmanlar barədə məlumat istənilməsi Səid bəyin barəsində olduğu nigaranlığı artırıb.

 

Həmçinin Səid bəy hər kəsdən daha yaxşı öz dərmanları barədə məlumat verə bilərdi. Nə üçün ondan soruşulmayıb?! Yoxsa Səid bəy ETTELAAT məmurlarına etiraz əlaməti olaraq hətta dərmanların adını deməkdən belə imtina edib?! Yoxsa ETTELAAT məmurları bununla hansısa məsajımı vermək istəyiblər?! bütün bu suallara yəqin ki gələcəkdə cavab tapmaq mümkün olacaq.

 

Qeyd edək ki, Səid Bəyin ilk və son telefon bağlantısından 20 gündən artıq keçir.

 

Xatırladaq ki, 2011-ci il iyun ayının 8-i (1390-cı il xordad ayının 18-i) Ərdəbil vilayətinin (ostanının) Üngüt şəhərinin Yelsu kəndində tutuqlanıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar