SON XƏBƏRLƏR

Azərbaycanlı fəal məhbus Lətif Həsəni infarkt (səktə) keçirib

2021.10.20, 07:36
Azərbaycanlı fəal məhbus Lətif Həsəni infarkt (səktə) keçirib

Gunaz.tv

GünAz TV: Dünən (İyun ayının 29-ü , Tir ayının 8-i) azərbaycanlı milli-mədəni fəal cənab Lətif Həsəni ürək infarktı (səktə) keçirib.

 

Hazırda Tehranın Milad xəstəxanasında həkim nəzarəti altında saxlanılan milli-mədəni fəal, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında ruhi-cismi işgəncə olduğu üçün infarkt keçirib. Bunu cənab Həsəninin həkimi, onun xəstəliyinin səbəbini açıqlarkən bildirib.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal son dəfə 2010-cu il may ayının 24-ü (1389-cu il xordad ayının 3-ü) Kərəc şəhərində yerləşən öz  ata evində tutuqlanıb və Təbrizin  ETTELAAT idarəsinə köçürülüb. O 10 ay Təbrizin ETTELAAT təcridxanalarında müxtəlif ruhi-cismi işkəncələrə məruz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar