SON XƏBƏRLƏR

Qardaş ölkələr birgə minaatan istehsal edəcəklər

2021.10.20, 07:36
Qardaş ölkələr birgə minaatan istehsal edəcəklər

Gunaz.tv

GünAz TV: Yaxın vaxtlarda Azərbaycan və Türkiyə 120 mm-lik minaatanların (minatan) istehsalına başlayacaq.

Bu barədə APA-ya Türkiyənin Makina və Kimya Sənayesi şirkəti (MKEK) məlumat verilib.

 

May ayında tərəflərin İstanbul şəhərində imzaladığı müqaviləyə uyğun olaraq istehsal prosesinə (sürəcinə) hazırlıq görülür. İstehsal prosesi MKEK-in Ağır Silah və Polad Fabriki və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin «Şərq» İstehsalat Birliyi tərəfindən həyata keçiriləcək.

 

MKEK tərəfindən yaradılmış HY1-12 adlanan minaatan uzaq atış mənzilinə malikdir. Lülədən doldurulan bu silah tək və avtomatik (otumatik) atəş aça bilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar