SON XƏBƏRLƏR

İslam Konfransı Təşkilatının (İKT) adı dəyişdirilib

2021.10.20, 07:36
İslam Konfransı Təşkilatının (İKT) adı dəyişdirilib

Gunaz.tv

GünAz TV: İslam Konfransı Təşkilatı ölkələri Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı dəyişdirilib.

Şuranın Qazaxıstanın paytaxtı Astanada keçirilən 38-ci sessiyasında (iclasında) qəbul olunan qərara əsasən, təşkilat bundan sonra İslam Əməkdaşlıq Təşkilatı adlanacaq.

Xatırladaq ki, İslam Konfransı Təşkilatı 1969-cu il sentyabrın 25-də müsəlman ölkələri rəhbərlərinin Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən konfransında yaradılıb.

Hazırda qurum 1.2 milyard əhalisi olan 57 ölkəni öz sıralarında birləşdirir.

Qurumun mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir. Azadlıq radiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar