SON XƏBƏRLƏR

Səidlər və tutuqlu sevdalılara İthaf – Şeir

2021.10.20, 07:36
Səidlər və tutuqlu sevdalılara İthaf – Şeir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanlı dəyərli şairimiz hörmətli İsmail Cəmilinin yazdığı növbəti Şeiri diqqətinizə təqdim edirik.

Qeyd edək ki, Sözü gedən Şeir Güney ləhcəsində qələmə alınıb:

 

Dövləti əqlin (ağlın) qərarın bərqərar istər könül

Cibheye cəhlin bəsatın tar o mar istər könül

Zahidin zalim nizamın sərniqun olsun dilər

Haqqı haqqaniyyəti ədli əyar istər könül

Qış qəmindən canə gəlmiş bülbül-i azadə tək

Səhn gülzar vətəndə nobahar istər könül

İllərin qat-qat qalanmış dərdinin dərmanına

Sevgidən mərhəm azadlıqdan tumar istər könül

Fəqrdən zordan cəhalətdən xurafatdan iraq

Ellərə azad yaşam abad diyar istər könül

Zülm zəncirində tutsaq qurtuluş aşiqlərin

Ağ qanadlı quş kimi azad uçar istər könül

At hicabın sevgilim hüsn-i cəmil olsun əyan

Gül üzün gülşəndə gül tək aşkar istər könül

 

İsmail Cəmili

Səidlər və tutuqlu sevdalılara İthaf

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar