SON XƏBƏRLƏR

Azərbaycanlı işçi fəal Şahrux Zəmanidən xəbər yoxdur

2021.10.20, 07:36
Azərbaycanlı işçi fəal Şahrux Zəmanidən xəbər yoxdur

Gunaz.tv

GünAz TV: Azərbaycanlı işçi fəal Şahrux Zəmaninin tutuqlandığından 3 həftə keçsədə, onun haqqında heç bir məlumat yoxdur.

 

Məlumata görə, adını çəkdiyimiz soydaşımızdan xəbər tutmaq heç bir şəkildə mümkün deyil. Bu ona görədir ki, onun ailəsi və vəkilinin bütün cəhdlərinə baxmayaraq, onu mülaqat etməyə icazə verilmir.

 

Həmçinin məlum səbəbə görə, azərbaycanlı fəalın dosyası və onun ittihamları barədə də heç bir məlumat yoxdur.

 

Xatırladaq ki, Azərbaycanlı işçi fəal, ev boyacı işçilərinin sendikası heyətinin üzvü Şahrux Zəmani, 3 həftə öncə milli-mədəni fəallara qarşı həyata keçirilən təzyiqlər dalğası zamanı yaxalanıb və Təbriz zindanına aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar