SON XƏBƏRLƏR

Libi diktatoru həbs edilə bilər

2021.10.20, 07:36
Libi diktatoru həbs edilə bilər

Gunaz.tv

GünAz TV: Liviya (Libi) lideri Müəmmər Qəddafini həbs etmək lazımdır, yoxsa yox? Beynəlxalq Cinayət Məhkəməsi bu gün bu suala cavab tapmağa çalışacaq.

 

Haaqa məhkəməsi (lahə məhkəməsi) Müəmmər Qəddafinin həbsinə order (sifariş) verib-verməməyə dair qərar qəbul edəcək.

 

 Məhkəmənin prokuroru (dadistanın) Luis Moreno-Okampo həmçinin Qəddafinin oğlu Seyf-əl-İslamın həbs edilməsini və Liviyanın kəşfiyyat rəisinin həbsinə order verilməsini də tələb edəcək. İttiham tərəfinin fikrincə, məhz onlar Müəmmər Qəddafi ilə birlikdə Liviyada son aylar ərzində törədilmiş cinayətlərə görə cavab verməlidirlər. Burada söhbət dinc sakinlərə hücum və hökumət qüvvələrinin nəzarəti altında olan ərazilərdə mülki şəxslərin snayperlə (nişançı, gizli tirəndaz) vurulmasından gedir. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar