SON XƏBƏRLƏR

Tehran Ankaranı hədələyib

2021.10.20, 07:36
Tehran Ankaranı hədələyib

Gunaz.tv

GünAz TV: Suriya lideri Bəşər Əsədin Ankaradan İran lideri Xamneyiyə şikayət etməsi barədə xəbərlərin ardından indi başqa bir xəbər gəlib.

Bu dəfə Livan (Lübnan) mətbuatı yazıb ki, Tehranın Türkiyə hökumətinə "NATO Suriyaya hücum etsə, torpaqlarınızdakı hədəfləri vurarıq" mesajı göndərib.

 

Bölgədəki gərginliyin səbəbi Türkiyəyə qaçan suriyalı qaçqınlardır. Ərəb mətbuatında gedən xəbərlərdə bildirilir ki, Türkiyə-Suriya arasındakı gərginlik qaçqınlara görədir. Bəşər Əsəd Türkiyəni "Qərbi xoşbəxt etməyə çalışmaq"da və ‘fürsətçi davranmaqda' günahlandırıb və öz müttəfiqi, İranın dini lideri Xamneyiyə şikayət edib.

 

İngiltərədə çıxan "Gardian" qəzeti Suriya ordusunun keçən həftə Türkiyə sərhədində olan Kirbet əl Cauz qəsəbəsinə qoşun yeritməsini Türkiyəyə göz dağı vermək üçün təşkil etdiyini yazıb. Yeni müsavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar