SON XƏBƏRLƏR

Universitet məsulları "Öyrənci" dərgisinin nəşrinə icazə verməkdən imtina ediblər

2021.10.20, 07:36
Universitet məsulları "Öyrənci" dərgisinin nəşrinə icazə verməkdən imtina ediblər

Gunaz.tv

GünAz TV: ƏmirKəbir sənaye universitetinin məsulları türkcə yayılan “Öyrənci” dərgisinin yenidən nəşr edilməsi ilə razılaşmayıblar.

 

“Öyrənci” dərgisinin nəşri 4 ildir ki asılı (təliq) vəziyyətdədir. Bu müddətdə xüsusi ilə son iki ildə adını çəkdiyimiz dərginin məsulları dərginin yenidən nəşr olunması üçün hər türlü hüquqi yollara baş vurub, hətta yeni müdir-məsul, başredaktor (sər dəbir) və yazıçılar heyəti təqdim etsələrdə, dərginin yenidən nəşrinə icazə almağa nail olmayıblar. Universitet məsulları  dərginin yalnız fars dilində nəşr edilməsinə icazə veriblər.

 

Xatırladaq ki, 2007-ci ilin may ayında (1386-ci ilin ordibeheşt ayında) “Öyrənci” dərgisinin nəşri asılı (təliq) vəziyyətdə dayandırılıb. təxminən 8 il fəaliyyət göstərən “Öyrənci”nin fəaliyyətinin dayandırılması üçün heç bir qanuni səbəb gəstərilməyib.

 

Adını çəkdiyimiz dərgi fəaliyyət göstərdiyi müddətdə Azərbaycan Öyrənci Hərəkatının formalaşması və ümumiyyətdə Azərbaycanın milli hüquqları uğrunda xüsusi rol oynayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar