SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Əyyub Şiri mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Əyyub Şiri mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Urmu Gölü ilə bağlı keçirilən Kütləvi Yığıncaqdan sonra tutuqlanan azərbaycanlı fəal cənab Əyyub Şiri mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

2 aya yaxın həbsdə saxlanılan Şiri 2011-ci il iyun ayının 23-də (1390-cı il tir ayının 2-də) təxminən 30000 dollarlıq (30 milyon tümənlik) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal öz ata evində tutuqlanmışdır. Şirinin yaxalandığı zaman ona aid 3 kompüter və bir sıra şəxsi əşya, məmurlar tərəfindən  ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə aparılmışdır.

 

O əhalini kütləvi mərasimə çağırmaq və sistemin əleyhinə təbliğ etməkdə ittiham edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar