SON XƏBƏRLƏR

Suriyada qanlı toqquşmalar davam edir

2021.10.20, 07:36
Suriyada qanlı toqquşmalar davam edir

Gunaz.tv

GünAz TV: Şənbə günü Suriyada müxalifət fəallarının dəfnində azı 5 adam öldürülüb. Bu barədə yerli hüquq müdafiəçiləri xəbər verirlər.

 

GünAz TV mətbuat mərkəzinin "Azadlıq radiosu"-na istinadən yaydığı məlumata görə, Matəm mərasimi prezident Bəşşar Əsədın istefası tələbilə etiraz aksiyasına (yürüşə) dönüb və bu vaxt təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib.

 

 Həmçinin ölkə paytaxtı Dəməşqin ətrafındakı evlərdən birində axtarış aparılarkən 3 müxalifət fəalı öldürülüb.

 

 Hüquq müdafiəçiləri azı 200 adamın həbs olunduğunu xəbər verirlər.

 

 Martın ortalarından bu yana Suriyada mövcud rejimə qarşı kütləvi etiraz aksiyaları keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar