SON XƏBƏRLƏR

Azərbaycanda “Dərhal müharibə başlasın” tələbi ilə aksiya (yürüş) keçiriləcək

2021.10.20, 07:36
Azərbaycanda “Dərhal müharibə başlasın” tələbi ilə aksiya (yürüş) keçiriləcək

Gunaz.tv

GünAz TV: Dünən Qarabağ Azadlıq Təşkilatı (QAT)Ali Məclisinin toplantısı keçirilib. Toplantıda prezidentlərin Kazan görüşündən sonra Qarabağın taleyi ilə bağlı yaranmış təhlükəli vəziyyət müzakirə olunub.

Təşkilat Kazan görüşünün nəticəsiz sona çatmasını bir daha həmsədr ölkələrin ermənipərəst mövqe tutduqlarını nümayiş etdirdiyini bildirib: “Minsk Qrupu həmsədrlərinin məqsədi Qarabağ münaqişəsinin ədalətli həllini tapmaq deyil, onlar daha çox status-kvonu (vəziyyəti) saxlamağa, Ermənistanın işğal edilmiş ərazilərdə ağalığını təmin etməyə çalışırlar. Ona görə də bu danışıqları davam etdirməyin heç bir mənası yoxdur”.

 

 QAT Ali Məclisi bu məsələləri nəzərə alaraq hakimiyyətdən dərhal müharibəni başlamağı tələb edir və bu məqsədlə yaxın vaxtlarda BMT (Birləşmiş Millətlər Təşkilatı) qarşısında “Ermənistana sanksiyaların (təhrimlərin) tətbiq olunması”, hakimiyyət qarşısında isə “Dərhal müharibə başlasın” tələbləri ilə aksiyalara (yürüşlərə) başlamaq; Qarabağ döyüşçülərinin Forumunun keçirilməsi; Azərbaycanın iqtidarlı-müxalifətli bütün siyasi, ictimai qurumlarının iştirakı ilə Qarabağ Qurultayının keçirilməsi haqda qərar qəbul edib. Tədbirlərin konkret (açıq) vaxtının müəyyən edilməsi İdarə Heyətinə tapşırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar