SON XƏBƏRLƏR

Türkiyədə “Balyoz” qurbanlarının sayı artır

2021.10.20, 07:36
Türkiyədə “Balyoz” qurbanlarının sayı artır

Gunaz.tv

GünAz TV: Həbs olunanlar general-leytenant (sepəhbud) Korcan Pulatsu ilə qərgah polkovnikləri (sərhəngləri) Murad Ünlü və Ender Güngördür.

Türkiyədə “Balyoz” (Çəkic) istintaqı çərçivəsində məhkəmə daha 3 yüksək rütbəli hərbçi barəsində həbs qərarı verib.

ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbs olunanlar Eskişehir 1-ci Hərbi hava donanması komandiri general-leytenant Korcan Pulatsu ilə qərgah polkovnikləri Murad Ünlü və Ender Güngördür. Qeyd edək ki, bu şəxslər istefadə olan kəşfiyyatçı polkovnik Hakan Büyükün evində tapılan yeni “Balyoz” sənədlərinə görə məhkəməyə çağırılımışdılar. Onlarla birlikdə məhkəməyə cəlb olunan bir zabitin (əfsərin) məhkəmə prosesi (sürəci) davam edir, bir mayor (sərvan, minbaşı) isə azadlığa buraxılıb.

Xatırladaq ki, həbs olunan bu 3 nəfərlə birlikdə “Balyoz” istintaqı çətçivəsində həbsə düşənlərin sayı 19-a çatdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar