SON XƏBƏRLƏR

Avropa Birliyi Yunanıstana yenə yardım edəcək

2021.10.20, 07:36
Avropa Birliyi Yunanıstana yenə yardım edəcək

Gunaz.tv

GünAz TV: Avropa İttifaqının yüksək səviyyəli rəsmisi avro zonasına (məntəqəsinə) daxil olan 17 ölkənin Yunanıstana əlavə 17 milyard dollar maliyyə vəsaiti ayıracağına ümid etdiyini bildirib.

GünAz TV mətbuat mərkəzinin "Həftə içi"-nə istinadən yaydığı məlumata görə, Avropa İttifaqının iqtisadi məsələlər üzrə nümayəndəsi Olli Rehn deyib ki, o, avro zonasına daxil olan ölkələrin xarici işlər nazirlərinin bazar günü keçiriləcək iclasında maliyyə vəsaitinin ayrılması ətrafında razılığın əldə olunacağına əmindir. Bu, keçən il Avropa İttifaqı və Beynəlxalq Valyuta (ərz. pul) Fondunun Yunanıstana ayırdığı 160 milyard dollar yardım paketinə əlavə olaraq ayrılacaq vəsaitdir. Həm Avropa İttifaqı, həm Beynəlxalq Valyuta Fondu Yunanıstan parlamentini ciddi ölçülər götürməyə çağırıb. Yunanıstanın baş naziri Corc Papandreu parlamentin iqtisadi tədbirlər paketini təsdiq etməsini istəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar