SON XƏBƏRLƏR

İranda daha bir siyasi fəal tutuqlanıb

2021.10.20, 07:36
İranda daha bir siyasi fəal tutuqlanıb

Gunaz.tv

GünAz TV: Siyasi fəal Mənsurə Behkiş tutulub. Hadisə 5 gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Mənsurə Behkişi iyunun (June) 12-si axşam saatlarında Tehranın Yusifabad küçəsindən aparıblar.

 

Mənsurə Behkişin ailəsindən 6 nəfər İran islam inqilabından sonra solçu mövqe və siyasi əqidəsinə görə edam edilib. Mənsurə Behkiş əvvəllər də bir neçə dəfə tutulub.

 

Hazırda Tehranın Evin zindanında saxlandığı bilinən Mənsurə Behkişin konkret (dəqiq. Müşəxxəs) hansı ittihama görə tutulduğu barədə məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar