SON XƏBƏRLƏR

Mərakeş kralı (padşahı) güzəştə getdi

2021.10.20, 07:36
Mərakeş kralı (padşahı) güzəştə getdi

Gunaz.tv

GünAz TV: Mərakeş kralı (padşahı) VI Məhəmməd xalqa müraciətində Konstitusiya (Anayasa) islahatları planını (tərhini) açıqlayıb.

Belə ki, VI Məhəmməd parlament və baş nazirin səlahiyyətlərinin genişləndirilməsi barədə məlumat verib.

Beləliklə, baş nazir «hökumətin prezidenti» adlanacaq. O dövlət vəzifələrinə, inzibati orqanlara və dövlət müəssisələrinə təyinatlar həyata keçirə biləcək. Hökumətin prezidenti həmçinin parlamenti buraxa biləcək. Əvvəllər bu səlahiyyətə yalnız kral malik idi.

Eyni zamanda təhlükəsizlik, müdafiə və din məsələlərində həlledici rolu kral özündə saxlayıb.

Bu təkliflər iyulun (June) 1-də keçirilməsi nəzərdə tutulan referenduma çıxarılacaq. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar