SON XƏBƏRLƏR

Libi diktatoru NATO-nu məğlub etməyə söz verdi

2021.10.20, 07:36
Libi diktatoru NATO-nu məğlub etməyə söz verdi

Gunaz.tv

GünAz TV: Müəmmar Qəddafi Liviya (Libi) xalqına növbəti müraciətlə çıxış edib. Qəddafi öz çıxışında NATO qüvvələrini məğlub edəcəyinə söz verib.

Qəddafi Liviya vasitəsilə yayımlanan nitqində bildirib ki, hətta nüvə silahı tətbiq edilərsə də, Liviya xalqı satqın və qorxaqları məğlub etmək qətiyyətiylə doludur. Bu barədə Gün.Az-ın “Reuters”ə istinadən xəbər yayıb.

“İlk dəfədir ki, onlara milyonların ordusu müqavimət göstərir. Onlar məğlub olacaqlar, alyans üzərində qələbə qazanacağıq”, -  deyə, Liviya lideri bəyan edib.

Qeyd edəki, ölkəni 40 ildən çox idarə edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər fevralın ortalarında başlayıb. İğtişaşlar sonradan vətəndaş müharibəsinə çevrilib, BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası isə martın 17-də Liviya üzərində uçuşsuz zona tətbiq etmək qərarı verib.

Bu məqsədlə başlayan hərbi əməliyyatların icra mandatı (hökmü) hazırda NATO-dadır. İyunun 27-da başa çatmalı mandat bu ayın 1-də sentyabrın (September) sonuna qədər uzadılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar