SON XƏBƏRLƏR

Çin və Rusiya İrana xəbərdarlıq etdilər

2021.10.20, 07:36
Çin və Rusiya İrana xəbərdarlıq etdilər

Gunaz.tv

GünAz TV: Çin və Rusiya rəhbərləri İran Prezidenti Mahmud Əhmədinejadı nüvə məsələsini həll etməyə çağırıb.

Bu çağrış iyunun (June) 15-də Qazaxstanın paytaxtı Astanada keçirilən Şanghay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə bir ara gələn Rusiya və Çin rəhbərləri tərəfindən səslənib.

Şanxay Əməkdaşlıq Təşkilatının ötən il keçirilən zirvə görüşündə İran prezidenti iştirak etməmişdi, lakin bu il Astana görüşündə müşahiəçi qismində iştirak edib. İran prezidenti bu iclasda çıxış edərək Qərb ölkələrini “quldar” və “istismarçı” adlandırıb. Əhmədinejad Astanada Rusiya Prezidenti Dmitri Medvedev və Çin rəhbəri Hu Çintao ilə ayrı-ayrılıqda görüşüb.

Çin rəsmi xəbər agentliyi (ajansı) olan Şinhua bu görüş barədə məlumat verərək bildirib ki, Çintao Əhmədinejadı nüvə probleminin ilə bağlı ciddi adımlar atmağa dəvət edib və bu problemin həlli ilə bağlı etimad yaratmağa çağırıb. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov da bu görüş barədə məlumat verərək bildirib ki, Medvedev İranı nüvə məsələlərində barışcıl mövqe tutmağa çağırıb.

Çin və Rusiya nüvə proqramında İranı dəstəkləyən güclü ölkələrdir. Lakin İran nüvə proqramının inkişafı və yeni uğurların qazanılması eyni zamanda rəsmi Tehranın regionda (bölgədə) yeni güc mərkəzinə çevrərək bu iki ölkəni də narahat edir. Bu səbəbdən bu ölkələr İranın artıq dayanmasını və bundan artıq irəliləməməsini istəyirlər. Bundan əlavə regionda yeni bir hərbi müdaxilənin olma ehtimalı da bu iki ölkəni narahat edir. Bu səbəbdən İranın müharibəyə bəhanə verməməsini istəyirlər. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar