SON XƏBƏRLƏR

Təbrizdə daha bir milli-mədəni fəal tutuqlanıb

2021.10.20, 07:36
Təbrizdə daha bir milli-mədəni fəal tutuqlanıb

Gunaz.tv

GünAz TV: Təbrizdə Mir Kamal Sədri Xosrovşahi tutuqlanıb. Onun tutuqlanmasından 1 ay keçsədə bu barədə xəbər yeni yayılıb.

 

Xəbərin gec yayılmasına səbəb onun ailəsinin təhlükəsizlik qüvvələri tərəfindən təhdid olunması olub. Məlumata görə, təhlükəsizlik qüvvələri adını çəkdiyimiz azərbaycanlı fəalın ailəsinə təzyiq edib ki, bu xəbər gizli saxlanılmalıdır.

 

Universitet öyrəncisi Mir Kamal Sədri Xosrovşahi 2011-ci il may ayının 17-də (1390-cı il ordibeheşt ayının 27-də) Təbrizdə tutuqlanıb. O Milli Qiyamın (xordad hadisələrinin) 5-ci ildönümü mərasimi  ilə bağlı Bildiri yayarkən yaxalanıb və naməlum istiqamətə aparılıb.

 

Qeyd edək ki, 1 ay öncə tutuqlanan soydaşımızın harada saxlanıldığı barədə heç bir məlumat yoxdur və onun ailəsi olduqca nigarandırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar