SON XƏBƏRLƏR

Rəsmi Moskva Kazanda son qərarın veriləcəyini bildirir

2021.10.20, 07:36
Rəsmi Moskva Kazanda son qərarın veriləcəyini bildirir

Gunaz.tv

GünAz TV: Azərbaycan, Rusiya və Ermənistan prezidentləri gələn həftə Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının təməl layihəsi üzrə qərar qəbul edəcəklər.

Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç səsləndirib.

Məlumatı RİA Novosti yayıb. Lukaşeviç qeyd edib ki, bu görüşdən böyük gözləntilər var: "Əldə olunmuş razılıqlara müvafiq olaraq, qarşıda duran sammitdə (zirvə görüş) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər (əsllər, ilkələr) adlandırılan layihənin tam nəzardən keçirilməsi gözlənilir".

O qeyd edib ki, bu sənədin xülasəsi üç ölkənin xarici işlər nazirlərinin apreldə və iyunda (June) Moskvada keçirilən görüşlərində razılaşdırılıb. "Aparılan müzakirələr zamanı bir sıra əsas məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub. Prezidentlər bu işlərə baxacaqlar və müvafiq qərar qəbul edəcəklər". İyunun sonunda Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır (tərhi tökülür). Bu, prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın üçtərəfli formatda doqquzuncu görüşü olacaq. Belə formatda bundan əvvəlki görüş martın 5-də Soçidə keçirilmişdi. Soçi görüşündən əvvəl isə ötən il oktyabrın (October) 27-də Həştərxanda görüş olmuşdu. Həftə içi

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar