SON XƏBƏRLƏR

Suriya hökuməti minlərlə etirazçını həbs edib

2021.10.20, 07:36
Suriya hökuməti minlərlə etirazçını həbs edib

Gunaz.tv

GünAz TV: Suriya ordusu İdlib əyalətində hökumətə qarşı aksiyaların (yürüşlərin) qarşısını almaq üçün kütləvi həbslər aparıb.

Milli.Az DPA agentliyinə (ajansına) istinadən xəbər verir ki, minlərlə müxalifət tərəfdarı həbs olunub. Beyruta qaçmağa nail olmuş müxalifət fəallarından birinin sözlərinə görə, yalnız ötən həftə ərzində 6 000 – 7 000 nəfər saxlanılıb.

Hüquq müdafiə təşkilatları isə Suriyada antihökumət nümayişlərinin başladığı dövrdən indiyədək 1300-dən artıq insanın hökumət qüvvələri tərəfindən öldürüldüyünü xəbər verir. Türkiyəyə qaçmış suriyalıların sayı isə 8 500-dən çoxdur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar