SON XƏBƏRLƏR

İran 7 əsgərini itirdi

2021.10.20, 07:36
İran 7 əsgərini itirdi

Gunaz.tv

GünAz TV: Ötən gün İranın İraqla sərhədində yerləşdirilən partlayıcıların işə düşməsi nəticəsində 7 iran əsgəri həlak olub.

Bu barədə Trend İranın İLNA xəbər agentliyinə (ajansına) istinadən məlumat verir.

 

Məlumata əsasən, əsgərlər səhvən Kürdüstan əyalətində (İraq) PKK terror təşkilatının İran cinahı olan “Pejak” qruplaşması üzvlərinin İraqdan İrana girişinin qarşısını almaq məqsədi ilə minalanmış (min basdırılmış) əraziyə giriblər. Onlar hərbi xidmətə yeni başladıqlarından, ərazinin minalanması barədə məlumatsız olublar.

 

İLNA agentliyinin məlumatımda bildirilir ki, İraqın Kürdüstan əyalətinin rəsmiləri hadisəni təsdiqləsələr də, İranın Ərbildəki konsulu hadisədən xəbərsiz olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar